Göyçay və İtaliya qardaşlaşdı

Göyçay və İtaliya qardaşlaşdı
  02 Mart 2014    Oxunub:1157
Azərbaycanın Göyçay və İtaliyanın Valmontone şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalayıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.

Səfər çərçivəsində Valmontonenin “Palazzo Doria” sarayında M.Məmmədov ilə bu şəhərin meri Alberto Latini arasında görüş olmuşdur. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

A.Latini ötən il Valmontonedən olan nümayəndə heyətinin Göyçaya səfərini xatırlayıb. Bildirmişdir ki, səfər zamanı keçirilən görüşlər şəhərlərimiz arasında əməkdaşlıq sahələrinin və layihələrinin təsbit edilməsi istiqamətində mühüm addım olunub.

A.Latini Göyçayın Valmontone üçün Şərqə, Valmontonenin isə Göyçay üçün Avropaya açılan qapı rolunu oynayacağını deyib.

M.Məmmədov Göyçay ilə Valmontone arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə davamlı və faydalı əlaqələrin yaradılmasının vacibliyini diqqətə çatdırılıb.

Qeyd edibki, bu cür tədbirlərin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına geniş imkan yaradır.

Səfir V.Sadıqov Azərbaycan-İtaliya əlaqələrinin tarixindən danıb, tərəflər arasında təkcə iqtisadi deyil, təhsil, mədəni, humanitar və digər istiqamətlərdə də münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, ölkə rəsmilərinin qarşılıqlı səfərləri və müxtəlif sahələr üzrə ikitərəfli sənədlərin imzalanması əlaqələrimizin genişlənməsinə töhfə verməkdədir. Səfir diqqətə çatdırıb ki, artıq regionlarımız arasında da münasibətlər genişlənməkdədir. Bu cür görüşlər xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasına mühüm töhfə verəcəkdir.

Sonra Valmontone və Göyçay şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Sənədi M.Məmmədov və A.Latini imzalayıblar.



Teqlər:  





Xəbər lenti