Valyuta kursları: həftə belə bağlandı

Valyuta kursları: həftə belə bağlandı
  02 Mart 2014    Oxunub:1307
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları.
Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) fevralın 28-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7830 AZN-ə bərabər olub.

Birjanın informasiya-təhlil şöbəsindən AzVision.az bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7830 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7830 AZN təşkil etmişdir.edib.

Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2.843.450.AZN-ə bərabər əqdlər qeydə alınıb. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7830 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 3.843.450 dollar, yaxud 2.843.450 manat təşkil edib.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb..
BEHS–də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməyib.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,10 faiz, ABŞ dolları üzrə isə 10,40 faiz təşkil edib.
Fevralın 28-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmayıb.




Teqlər:  





Xəbər lenti