Putin Ukraynaya ordu yeridir
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi barədə müraciət edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Ukraynadakı fövqəladə vəziyyət və Rusiya Federasiyasının vətəndaşları - bizim həmvətənlərimizin həyatına təhdidlə əlaqədar olaraq, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına beynəlxalq müqaviləyə uyğun olaraq Ukraynada (Krım Muxtar Respublikası) yerləşən RF Silahlı Qüvvələri hərbi kontingentinin şəxsi heyətinin bu ölkənin ərazisində ictimai-siyasi vəziyyət yaxşılaşanadək istifadə edilməsi ilə bağlı müraciət edirəm".