Ermənistandan Azərbaycana qarşı yeni təxribat

Ermənistandan Azərbaycana qarşı yeni təxribat
  01 Mart 2014    Oxunub:1339
Ermənistanın Panorama.am xəbər saytında Azərbaycana qarşı növbəti təxribat xarakterli yazı dərc olunub.

Belə ki, fevralın 26-da adıçəkilən sayt Azərbaycanın Çexiyadakı səfirliyinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Praqanın meydanlarından birində keçirilən tədbiri haqqında yalan və iftira dolu bir xəbər hazırlayıb.

Nəzərinizə çatdıraq ki, “Azərbaycanın keçmişi və bu günü” adlı tədbir 1992 –ci il ci il Ağdam hadisələrinə həsr olunub. Tədbir çərçivəsində Azərbaycanın tarixi-mədəniyyət nümunələri sərgilənib.

Çexiyadakı erməni icmasının nümayəndəsinin Panorama.am saytına verdiyi xəbərdə isə deyilir ki, guya tədbirdə anti-erməni və irqçiliyi təbliğ edən materiallar sərgilənib. Həmçinin xəbərdə qeyd olunur ki, tədbir yerli əhalinin qəzəbinə səbəb olub və onlar öz etirazlarını bildirərək onun dayandırılmasını tələb ediblər.

Saytın dərc etdiyi xəbərdə azərbaycanlıların etiraz şüarları əks olunmuş plakatlarını yığışdırmaq məcburiyyətində qaldıqları iddia edilir.

Xatırladaq ki, ermənilər ötən il də analoji təxribat üsuluna əl ataraq Çexiyada azərbaycanlıların hazırladığı tədbirə mane olmuşdular. Belə ki, orada yaşayan erməni icması Azərbaycan milli mədəniyyətinin sərgiləndiyi əraziyə soxularaq sərgi iştirakçılarına öz təxribat xarakterli bukletlərini paylayıblar. Azərbaycan tərəfindən sərgilənən materialları isə vəhşicəsinə dağıdaraq və yığışdıraraq öz mədəniyyətsiliklərini bir daha nümayiş etdirmişdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti