ABŞ Yanukoviçi prezident saymır

ABŞ Yanukoviçi prezident saymır
  01 Mart 2014    Oxunub:855
"Yanukoviç ölkədən qaçmaqla və hakimiyyətdə vakuum yaratmaqla öz legitimliyini itirib”.
Viktor Yanukoviç Ukrayna prezidenti kimi öz legitimliyini itirib və ölkəni tərk edib, buna görə də ABŞ yeni hökumətlə işləmək qərarına gəlib.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib.

"Yanukoviç ölkədən qaçmaqla və hakimiyyətdə vakuum yaratmaqla öz legitimliyini itirib. Biz indi keçid hökuməti ilə işləməyi qərara almışıq", - deyə Psaki vurğulayıb.

Ukraynada hakimiyyət dəyişikliyi keçən bazar günü baş verdi. Ali Rada Viktor Yanukoviçi prezidentlikdən uzaqlaşdırdı və onun səlahiyyətlərini spiker Aleksandr Turçinova həvalə etdi, mayın 25-nə növbədən kənar prezident seçkiləri təyin etdi.

Ans Press


Teqlər:





Xəbər lenti