Misirdə Milli Təhlükəsizlik Şurası yaradıldı

Misirdə Milli Təhlükəsizlik Şurası yaradıldı
  01 Mart 2014    Oxunub:997
Misirin müvəqqəti prezidenti Adli Mansur Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman imzalanıb.

AzVision.az xəbər verir ki, Şura ölkə prezidentinin rəhbərliyi altında fəaliyyət göstərəcəkdir. Onun tərkibinə Baş nazir və parlamentin sədri, habelə müdafiə, daxili işlər, xarici işlər, ədliyyə, maliyyə, səhiyyə, təhsil, kommunikasiya nazirləri, ümumi kəşfiyyatın rəhbəri və ölkə parlamentinin Müdafiə və milli təhlükəsizlik komissiyasının sədri daxildirlər.

Fərmanda qeyd edilir ki, komissiyanın iclası Misirin prezidenti tərəfindən üç aydan bir və zərurət yaranarkən çağırılacaq.


Teqlər:





Xəbər lenti