Daha 7 müəssisə Rusiyaya pomidor ixrac edəcək

Daha 7 müəssisə Rusiyaya pomidor ixrac edəcək
  08 Aprel 2021    Oxunub:2319
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 7 müəssisəsindən pomidor idxalına icazə verib.
Azvision.az xəbər verir ki, məhsullar aprelin 9-dan Rusiyaya idxal edilməyə başlanacaq. Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılan yoxlamaların nəticələrinə əsasən verilib.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya pomidor və alma idxalına ötən il dekabrın 10-dan qadağa qoyulmuşdu. Qadağaya səbəb məhsullarda zərərvericilərin aşkar olunması idi.

Azərbaycan Rusiyanın ən böyük pomidor ixracatçısıdır. Ölkəyə gətirilən pomidorun 40 faizi Azərbaycanın payına düşür.

Azvision.az


Teqlər: Rusiya   İxrac   Pomidor  





Xəbər lenti