Yanukoviç: “Mübarizəmi davam etdirəcəm”

Yanukoviç: “Mübarizəmi davam etdirəcəm”
  28 Fevral 2014    Oxunub:959
Onun sözlərinə görə, ölkəni tərk etməsinə səbəb özünə və ailə üzvlərinə qarşı həyati təhlükənin olmasıdır.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu saatlarda Rusiyanın Rostov şəhərindəki Texnoloji Universitetdə brifinq keçirən keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk etməsinin səbəblərinə toxunub.

“Məni heç kəs devirməyib. Mən ölkəni terrorla idarə etmək istəyənlərə qarşı mübarizəmi davam etdirəcəm” –deyə açıqlama verib. Bundan başqa Yanukoviç ölkəni tərk edən zaman silahlı hücuma məruz qaldığın söyləyib.

“Mən Ukraynanı özümə və ailə üzvlərimə qarşı təhdidlə bağlı tərk etməli oldum. Mən heç yerə qaçmamışam. Kiyevdən Xarkova getmişəm. Yolda məni avtomat silahlardan atəşə tutublar. Səhər Xarkova getmişik. Təhlükəsizliyim məqsədilə Krıma gəlmişəm.

Lakin yeni hədələr mənim niyyətlərtimi pozdu. Ailə üzvlərimə qarşı hədə dolu telefon zəngləri alırdım”-deyə Yanukoviç konfransda bildirib

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti