Rusiya vertolyotları Krıma daxil oldu- VİDEO

Rusiya vertolyotları Krıma daxil oldu- VİDEO
  28 Fevral 2014    Oxunub:1256
Ukraynanın Dövlət Sərhəd Xidməti xəbəri təsdiqləyib.
Ukraynanın Dövlət Sərhəd Xidməti Rusiyaya aid hərbi vertolyotların ölkənin hava sərhədlərini kobud şəkildə pozaraq Krıma daxil olduğunu təsdiqləyib. Bu gün günorta saatlarında Kerçensk istiqamətindən Rusiyaya aid 10 hərbi vertolyotun ölkənin hava məkanına daxil olub. Vertolyotların Sevastopoldakı Belbek aeroportuna endiyi bildirilir.

Aeroport hazırda Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlılarının nəzarətindədir. Rusiya ilə Ukrayna arasındakı ikitərəfli razılaşmaya əsasən sərhədi ancaq 3 vertolyot keçə bilər.



AzVision.az


Teqlər:





Xəbər lenti