Rusiya Ukrayna hörmət edəcəyinə söz verdi

Rusiya Ukrayna hörmət edəcəyinə söz verdi
  28 Fevral 2014    Oxunub:1028
Vaşinqton buna inanmağa çalışır.
Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edəcək. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerrinin bildirdiyinə görə, Rusiyanın xarici işlər naziri Serqey Lavrov onu buna inandırıb.

"Vaşinqton Rusiyanın Ukraynaya münasibətdə davranışını yaxından izləyəcək və qarşı tərəfin sözlərinin əməldə də öz təsdiqini tapıb-tapmayacağına baxacaq", - ABŞ-ın dövlət katibi Con Kerri belə deyib.

Qeyd edək ki, səhər saatlarından etibarən rus hərbçiləri Simferopol hava limanının ərazisində görünüblər. Günorta saatlarından etibarən isə 8 Rusiya helikopteri Simferopolda eniş edib. Ukrayna baş naziri bunu hərbi müaxilə kimi dəyərləndirib. Bir müddət sonra isə mətbuatda rusların Simferopoldan geri çəkildiyi ilə bağlı xəbərlər yayıldı.

AzVision.az


Teqlər:





Xəbər lenti