Ukrayna Krıma görə BMT-yə müraciət edib

Ukrayna Krıma görə BMT-yə müraciət edib
  28 Fevral 2014    Oxunub:1071
Bu barədə qərarı 230 deputat dəstəkləyib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Krımda Rusiya tərəfdarı olan əhalinin keçirdikləri aksiya və seçdikləri yeni rəhbərlik Ukraynadakı yeni iqtidarı narahat edir.

Buna görə, Ukrayna BMT Təhlükəsizlik Şurasına müraciət edərək Krımdakı situasiyanın monitorinqinin aparılmasını və onun suverenliyinin pozulacağı təqdirdə addımlar atmasını istəyəcək.

Bununla bağlı Ali Radanın qəbul etdiyi bəyanatda deyilir.
“Bütün təminatçı dövlətlərdən Budapeşt memorandumuna uyğun olaraq BMT Təhlükəsizlik Şurasının Ukraynanın ayrı-ayrı regionlarındakı, o cümlədən Krım Muxtar Respublikasındakı situasiyanın monitorinqinin aparılmasını xahiş edirik.

Situasiyanın gərginləşəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasından “Nüvə silahının yayılmaması haqqında” müqavilənin üzvü kimi təcili yardım göstərməsini xahiş edirik”-deyə Ali Radanın spikeri Aleksandr Turçinov qəbul edilən bəyanatı tribunadan oxuyub. Qərarı 230 deputat dəstəkləyib.

Bundan başqa Ukrayna Milli Təhlükəsizlik Şurasının təciil toplantısında da Krımdakı situasiya müzakirə olunacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti