Rusiya ərazisini genişləndirməyin yollarını arayır

Rusiya ərazisini genişləndirməyin yollarını arayır
  28 Fevral 2014    Oxunub:996
Rusiya parlamenti qalmaqallı qanun layihəsini müzakirəyə çıxarıb. Dövlət Dumasına çıxarılan yeni qanun Rusiyaya yeni federal subyektlərin birləşdirilməsini sadələşdirəcək.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, “Ədalətli Rusiya” partiyasının təklif etdiyi yeni qanun Rusiyaya yeni ərazilərin birləşdirilməsini sadələşdirməklə yanaşı, Ukrayna və digər MDB ölkələrinin vətəndaşları üçün Rusiya vətəndaşlığının alınmasını sadələşdirəcək.

2001-ci ildə qəbul edilən qanuna əsasən başqa ölkənin yaxud onun bir hissəsinin Rusiyaya birləşdirilməsi üçün “Rusiya və həmin xarici ölkənin qarşılıqlı razılaşması” əsasında həyata keçirilir.

Yeni dəyişikliyə əsasən, başqa ərazilərin Rusiyaya birləşdirilməsi üçün həmin ərazidəki xalqın öz mövqeyini (məsələn referendum vasitəsilə) ifadə etməsi kifayət edəcək.
Rusiya Dumasındakı deputatların fikrincə, ilk növbədə Ukraynaya qarşı yönələn yeni qanun yeni hökumətə “təzyiq vasitəsi” kimi istifadə oluna bilər.

Bütün bu hadisələr isə rusyönümlü Krımda baş verən hadisələrlə üst-üstə düşüb. Ötən gün muxtar respublikada yerli hökumət istefaya göndərilmişdi və “Rus birliyi” təşkilatının sədri Sergey Aksenov yeni baş nazir təyin edilmişdi. Krımda Ukraynada keçiriləcək prezident seçkilərinin keçiriləcəyi 25 mayda

Ukraynanın tərkibində qalıb-qalmayacağı ilə bağlı referendum keçiriləcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti