`Nargis` jurnalının baş redaktoru Gürcüstanda
"Jurnalın sonuncu nömrəsində biz Gürcüstan, Tbilisi şəhəri, həm gürcü, həm də azərbaycanlı istedadlar haqqında yazmışıq. Bizim gürcü xalqı ilə oxşar cəhətlərimiz çoxdur. Mədəniyyətimiz, mətbəximiz, mübarizlik ruhumuz çox bənzərdir", - deyə Ü.Rəhmanova qeyd edib.
Nəşr haqqında danışarkən baş redaktor bildirmişdir ki, jurnal Azərbaycanın birinci xanımı tərəfindən də bəyənilir və onun birinci nömrəsində ilk fotosessiya məhz Mehriban Əliyevanın iştirakı ilə olub.
O, həmçinin təqdimat çərçivəsində moda nümayişinin keçiriləcəyini və geyimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi ornamentlərdən istifadə olunduğunu deyib.
Ü.Rəhmanova bildirib ki, jurnalı anasının şərəfinə adlandırıb və çox istərdi ki, nəşr anası kimi daxilən zəngin və hərtərəfli olsun.
Sonda Ü.Rəhmanova verilişin aparıcısına Azərbaycan xalçası və kəlağayı hədiyyə edib.