"Lirənin ucuzlaşmasının manata təsiri gözlənilmir" - Elman Rüstəmov

   "Lirənin ucuzlaşmasının manata təsiri gözlənilmir" -    Elman Rüstəmov
  30 Mart 2021    Oxunub:1696
Tərəfdaş ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Twitter" səhifəsində qeyd olunub.

Bankın İdarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir.

"Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir".

E. Rüstəmov qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var.

Azvision.az


Teqlər: AMB   Sədr   Elman-Rüstəmov  





Xəbər lenti