Xocalıda itirdiklərimiz -rəsmi MƏLUMAT
Xocalı rayonunun Bədərə çayı hövzəsində “Yeddi kilsə” adlanan ərazidə, Xankəndi meşə təsərrüfatının tabeliyində olan Pirkal meşəçiliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu.
Xocalı rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1982-1983-cü illərdə rayonun ərazisində hidrogeoloji tədqiqatlar aparılmış və 4 sahə üzrə yeraltı suların ehtiyatı ilkin olaraq 143,4 min m3/gün həcmində qiymətləndirilib. 1990-cı ildə Xankəndi şəhərinin su təchizatı ilə əlaqədar olaraq keçmiş SSRİ-nin Geologiya Komitəsində 48,3 min m3/gün həcmində-Qarqarçayın məcrəaltı (39,3 min m3/gün) və Yura çöküntülərinin (9 min m3/gün) yeraltı su ehtiyatları təsdiq olunub.
Ermənilər tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismara cəlb eilib, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
AzVision.az
Teqlər: