Muxtar respublikada 384 növ məhsul istehsal olunur

Muxtar respublikada 384 növ məhsul istehsal olunur
  20 Mart 2021    Oxunub:1976
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Azvision.az


Teqlər: Naxçıvan   Məhsul   İstehsal  





Xəbər lenti