Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
  20 Mart 2021    Oxunub:2515
Muxtar respublikada 2021-ci ilin yanvar-fevral aylarında 369 milyon 178 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 799,8 manata çatıb.

Azvision.az


Teqlər: Naxçıvan   ÜDM  





Xəbər lenti