Beynəlxalq konfransda soyqırımdan danışdılar

Beynəlxalq konfransda soyqırımdan danışdılar
  26 Fevral 2014    Oxunub:1015
Almaniyanın Bielefeld şəhərində keçirilən beynəlxalq konfransda ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətindən ətraflı söhbət açılıb.
İki yüz il ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm surətdə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olaraq Azərbaycanın yeni tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuş Xocalı qətliamından 22 il keçir. Bu soyqırımı qurbanlarının xatirəsi dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərlə yad edilir. Belə tədbirlərdən biri də Almaniyanın Bielefeld şəhərində keçirilən beynəlxalq konfrans olunub.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla alınib.

Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva konfransı açaraq bildirib ki, tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, tarixçi-alim Musa Qasımlı iştirak edir. Cəmiyyətin sədri demişdir ki, Bielefelddə Xocalı soyqırımı qurbanlarına xatirə abidəsinin ucaldılması ilə bağlı yaxın vaxtlarda şəhər bələdiyyəsinə və müvafiq qurumlara müraciət olunacaq.

Sonra tarix elmləri doktoru Musa Qasımlı çıxış edib. O, Xocalı hadisələrini siyasi-tarixi aspektdən təhlil edərək, ermənilərin Azərbaycana və eləcə də bütün türklərə qarşı əsrlər boyu etnik təmizləmə və soyqırımı siyasəti yürütdüyünü diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fevralın 26-nı “Xocalı soyqırımı günü” elan edib. Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunur, ayın 26-da saat 17-də bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir (AzərTac).



Teqlər:  





Xəbər lenti