Xocalı sakini acısını Türkiyə ilə bölüşdü

Xocalı sakini acısını Türkiyə ilə bölüşdü
  25 Fevral 2014    Oxunub:1190
Xocalı sakini acı xatirələrini Türkiyənin Cihan xəbər agentliyi ilə bölüşüb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Ermənilər gözümün qabağında həyat yoldaşımı və dörd yaşlı qızımı qətlə yetirdilər. Kaş ki, o dəhşətli fevral ayı boyunca yataydım və heç oyanmayaydım, yaşadığımız dəhşəti, qızımın qollarımın üstündə, həyat yoldaşımın isə gözlərimin önündə can verməsini görməyəydim.
Türkiyənin Cihan xəbər agentliyi ilə acı xatirələrini bölüşən Xocalı sakini Məlahət Əliyeva deyib.
O, 22 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə şahidi olduğu qanlı hadisələri göz yaşları ilə xatırlayaraq ermənilərin qadın, uşaq, yaşlı demədən, hər kəsi vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.

Məlahət Əliyeva faciəvi anlardan danışaraq deyib: “Mən də qızımla birlikdə qolumdan yaralanıb. Qızımın yanında nə qədər oturduğumu bilmirəm. Bircə meyitin üzərinə yağan qarın onu tamamilə örtdüyünü gördüm. Dəfələrlə məni qızımdan ayıraraq aparsalar da, qeyri-ixtiyari geri dönürdüm”.

Meyitdən zorla uzaqlaşdırılan ana daha bir şok keçirir. Beş metr ondan öndə olan həyat yoldaşı düşmən gülləsinə tuş gəlir. Ona doğru getmək istədikdə isə həyat yoldaşı qoymur: “Gəlmə, səni də vurarlar”.

“Azad olduqdan iki gün sonra yoldaşımın və qızımın cənazələrini ala bildim. Həyatımın ən ağır işgəncəsi qızımın cəsədini tanımaq idi. Ermənilər hətta meyitlərə də işgəncə verirdilər. Onu qulağındakı sırğalarından tanıdım. Sırğanı çıxarmaq istədilər. Qoymadım. Çünki dünyada ondan heç nə qalmamışdı”, - deyə M.Əliyeva acı xatirələrini bölüşmüşdür.



Teqlər:  





Xəbər lenti