Estoniya baş naziri istefa verir

Estoniya baş naziri istefa verir
  24 Fevral 2014    Oxunub:1100
Andrius Ansip martın 4-də istefa ərizəsini prezidentə təqdim edəcəyini bildirib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2005-ci ildən bəri Estoniya baş naziri səlahiyyətlərini icra edən Andrus Ansip istefa verəcəyini açıqlayıb.

Ölkənin müstəqillik günü ilə bağlı Tartu şəhərindəki təntənəli mərasimdə çıxış edən Ansip daha baş nazir postuna namizəd olmayacağını bildirib.

Bu açıqlamadan bir gün öncə, Estoniya İslahatlar partiyası Avropa Komissiyasının vitse-prezidenti, Nəqliyyat məsələləri üzrə komissar Siym Kallasın yeni hökumət formalaşdırması barədə qərar vermişdi. Politoloqların fikrincə, siyasi razılaşmanın nəticəsi olaraq baş nazir olan Kallasın yerinə Ansip Avropa komissarı olacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti