Lənkəran rayon sakini narkotiklə tutuldu

Lənkəran rayon sakini narkotiklə tutuldu
  23 Fevral 2014    Oxunub:1119
Lənkəran rayon sakini narkotik vasitə olan tiryəklə yaxalanıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı APA-ya Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis baş leytenantı Toğrul Hüseynov verib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Alim Saleh oğlu Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən cibindən 3 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. A.Abdullayev istintaqa verdiyi ifadəsində tiryəki şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti