FHN: Bakıda yanan bina söndürüldü – FOTO, VİDEO

FHN: Bakıda yanan bina söndürüldü – FOTO, VİDEO
  22 Fevral 2014    Oxunub:5217
AzVision.az xəbər verir ki, bu gün Bakıda hökumət evinin arxasında 16-mərtəbəli yaşayış binası yanmağa başlayıb. Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. Yanğınsöndürən briqadaları hadisə yerinə gediblər. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur və yanğın artıq lokallaşdırılıb. Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.





Qalereya




Teqlər:





Xəbər lenti