Yeni binalarda telefon fırıldağı
Problemlər isə ondan ibarətdir ki, sakinlər telefon xətlərinin çəkilməsi üçün dövlət operatorunun tariflərinə uyğun gəlməyən və onları bir neçə dəfə üstələyən məbləğ ödəyirlər. Abonentlər üçün telefon xətlərinin çəkilməsinin dəyəri 30 manat təşkil edir. Biz abonentlərdən israrla xahiş edirik ki, bu məbləği ödəyərkən ödəniş haqqında qəbz alsınlar`,- deyə Rabitə Nazirliyindən `Trend`ə bildiriblər.
Yanvarın əvvəlində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə xidmətləri üzrə yeni tariflərin tətbiqi haqqında əmr imzalayıb. Nazir tariflərin düzgün tətbiqi üzərində nəzarətin, vətəndaşların danışıq məntəqələri və poçt rabitəsi şöbələri vasitəsilə yeni tariflərin tətbiqi haqqında məlumatlandırılması üzrə marketinq siyasətinin formalaşdırılmasının təmin olunması barədə tapşırıq verib.