Hava yağmurlu və soyuq olacaq

Hava yağmurlu və soyuq olacaq
  22 Fevral 2014    Oxunub:1430
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.


Teqlər:  





Xəbər lenti