Rada Yanukoviçin impiçmentini müzakirəyə çıxardıb

Rada Yanukoviçin impiçmentini müzakirəyə çıxardıb
  22 Fevral 2014    Oxunub:970
Spikerin ardınca Ali Radanın vitse-spikeri də istefa verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna parlamentinin bu günki iclasında Rada tribunasından çıxış edən “Batkovşina” fraksiyasının sədri Arseni Yaçenyuk Yanukoviçin müxalifətlə razılaşmaya uyğun olaraq növbədənkənar seçki təyin etməməsini prezidenti istefaya göndərmək üçün əsas olduğunu vurğulayıb.

Öz həmkarlarını parlament iclaslarına qatılmağam dəvət edən Yaçrnyuk Yanukoviçi impiçment etmək üçün 300 səsə ehtiyac olduğunu vurğulayıb.

Bu arada vitse-spikeri, Ukrayna Kommunist partiyasının üzvü İqor Kaletnik istefa verib. O, spiker Vladimir Rıbakın ardınca istefa ərizəsini yazıb. Bu barədə məlumat verən Radanın vitse-spikeri Ruslan Koşulinski Kaletnikin xəstəlik səbəbi ilə bu addımı atdığını bildirib. Bundan başqa, 2004-cü il konstitusiyasına qayıtmaqla bağlı qərar elan edildikdən sonra daha 5 deputat Regionlar partiyasını tərk edib.

Bununla da, ümumilikdə, Regionlar partiyasının sıralarını tərk edən deputatların sayı 26 nəfərə çatıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti