Bərdədə ev yandı - 2 nəfər xəsarət aldı

Bərdədə ev yandı - 2 nəfər xəsarət aldı
  22 Fevral 2014    Oxunub:1005
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 120 kv.m sahədə və bir otağının tavanı 6 kv.m sahədə yanıb. Yüksək temperaturdan həyətyanı sahədə dayanmış "Moskviç" markalı minik avtomobilinin şüşələri qırılıb.

Yanğın zamanı evdə iki nəfər yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti