Ermənilər Türkiyəyə vizasız gedəcəklər

Ermənilər Türkiyəyə vizasız gedəcəklər
  21 Fevral 2014    Oxunub:1088
Türkiyə hökuməti sərhəddə viza ala biləcək 89 ölkənin adını açıqlayıb.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, sözügedən siyahıda 25-ci sırada Ermənistanın adı gəlir.

Türkiyə hökumətinin rəsmi qəzetində yayılan məlumata görə, ABŞ, Avstraliya, Belçika, İspaniya və s. kimi ölkələrin vətəndaşları sərhədi keçən zaman 90 günlük viza əldə edirlər.

Ermənistan, Cibuti, Qambiya kimi ölkələrin vətəndaşları isə sərhədi keçən zaman 30 günlük viza əldə edirlər. İndiyə kimi isə Ermənistan vətəndaşlarına yalnız 30 günlük multi vizalar verilirdi ki, bunu da mütləq səfirlikdən bir neçə gün müddətinə əldə etmək mümkün idi.


Teqlər:  





Xəbər lenti