İki ali məktəb akkreditasiyadan keçdi

İki ali məktəb akkreditasiyadan keçdi
  05 Fevral 2021    Oxunub:3702
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş ”Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti”nə və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası”na müvafiq şəhadətnamələr təqdim edilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, Agentliyin təşkilatçılığı ilə Təhsil Naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq “Yekun Hesabatlar” hazırlanıb və bu hesabatlar Azərbaycan Respublikasının Təhsil Nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilib. “Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli qərarı” ilə yuxarıda qeyd olunan ali təhsil müəssisələri növbəti beş (5) il müddətinə akkreditasiya olunub.

Qeyd edək ki, akkreditasiya Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.

Azvision.az


Teqlər: Ali-məktəb   Təhsil   Keyfiyyət  





Xəbər lenti