Şagirdlərin 95 faizdən çoxu əyani dərslərdə iştirak edir

Şagirdlərin 95 faizdən çoxu əyani dərslərdə iştirak edir
  04 Fevral 2021    Oxunub:1969
Artıq 4 gündür əyani tədris başlayıb. Bu günlərdə övladını məktəbə qoymayan valideynlərin sayı Bakı şəhəri üzrə 3-4 faizdən çox deyil.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 95 faizdən çox şagird əyani dərslərdə iştirak edir: “Bu rəqəmlər bölgələr üzrə də belədir”.

Azvision.az



Teqlər:





Xəbər lenti