İranın xarici işlər naziri Bakıya gəldi

  24 Yanvar 2021    Oxunub : 2412
 İranın xarici işlər naziri Bakıya gəldi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya gəlib.
Azvision.az-ın məlumatına görə, XİN rəhbəri bildirib ki, İran dost və qardaş Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə sevinir.

Nazir deyib ki, Qarabağın azad edilməsi minlərlə insanın öz doğma el-obasına qayıtmasını təmin edəcək.

Zərif sabah Azərbaycanda bir sıra görüşlər keçirəcək. O, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcək. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.

Nazir Bakıdan sonra Rusiya, Gürcüstan, Ermənistana, ardınca Türkiyəyə səfər edəcək.

Azvision.az

Teqlər: İran   Zərif