Siyəzəndə qəza: baba öldü, nəvə yaralandı

Siyəzəndə qəza: baba öldü, nəvə yaralandı
  14 Fevral 2014    Oxunub:1516
Qəzanı Dövlət Neft Şirkətinin Siyəzən Neft və Qazçıxarma İdarəsinə məxsus "ZİL 131" markalı avtomaşın törədib.
Siyəzən rayonunda iki piyadadan bir nəfərin ölümü, bir nəfərin xəsarətilə nəticələnən hadisə baş verib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu gün saat 16:00 radələrində Siyəzəndən Quba istiqamətinə gedən "ZİL 131" markalı avtomaşın yolun sağ kənarı ilə hərəkətdə olan iki nəfəri vurub.

Onların baba və nəvə olduğu bildirilir. Nəticədə 1956-cı il təvəllüdlü Yaqubov Eyyub Əliağa oğlu yerindəcə keçinib. 2010-cu il təvəllüdlü Ocaqverdiyev Rəşad isə ağır xəsarətlərlə Bakı Travmotologiya İnstitutuna göndərilib.

Sürücü Rafael Xanlar oğlu Xankişiyevin idarə etdiyi "ZİL 131" markalı avtomaşın Dövlət Neft Şirkətinin Siyəzən Neft və Qazçıxarma İdarəsinə məxsusdur.

Faktla bağlı Siyəzən polis şöbəsində cinayət işi açılıb.


Teqlər:





Xəbər lenti