Göydən informasiya töküləcək
Hətta internetin senzuraya məruz qaldığı ölkələrin sakinləri də (Çin, İran, Şimali Koreya və s.) yeni şəbəkəyə qoşula biləcəklər.
Outernetin yaradılması üçün gələn ilin əvvəlinə qədər kosmosa bir neçə yüz xüsusi peykin göndərilməsi planlaşdırılır. Layihənin təşəbbüskarları iddia edirlər ki, hazırda planetin 60%-ni pulsuz internetlə əhatə edə bilərlər.
Layihəyə görə, kubşəkili kiçik peyklər yerətrafı orbitdə yerləşərək, bütün planeti şəbəkə ilə əhatəyə alacaqlar. İnformasiyanın ötürülməsi UDP protokolu ilə həyata keçiriləcək.
Hazırda fond ideyanı tam reallaşdırmaq üçün bir neçə milyon dollara ehtiyac olduğunu deyir. Əgər hər şey nəzərdə tutulduğu kimi gedərsə, Outernet 2015-ci ilin iyulunda işə salınmalıdır.
AzVision.az