Bakıda duman və çiskin olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, həmin müddətdə əksər rayonlarda hava yağmursuz olacaq. Yalnız Lənkəran-Astara bölgəsində az miqdarda yağış yağacağı gözlənilir.
Fevralın 13-də Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində hava çiskinli olacaq.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 13-də havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 5-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə gecə 12 dərəcə şaxta proqnozlaşdırılır.