Güləşçimiz yarımfinala yüksəldi

Güləşçimiz yarımfinala yüksəldi
  16 Dekabr 2020    Oxunub:1537
Azərbaycan güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən fərdi dünya kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib.
Azvision.az xəbər verir ki, turnirdə 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz debütdə yerli pəhləvanı elə ilk hissədə xalçadan məyus yola salıb. Daha sonra ispan rəqibinə qalib gələn yığmamızın üzvü yarımfinala adlayıb.

Digər güləşçimiz Gitinoməhəmməd Hacıyev (70 kq) ilk görüşdə Küveyt idmançısına çətinlik çəkmədən qalib gəlib.

Millimizin üzvü Camaləddin Məhəmmədov (125 kq) ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlsə də, növbəti mərhələdə Polşa təmsilçisinə məğlub olub.

İslam Bazarqanov (57 kq) isə debütdə Ukrayna güləşçisinə məğlub olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər.

Azvision.az


Teqlər: Güləş   Yarış   Serbiya  





Xəbər lenti