Gürcüstana 1,246 mlrd. kubmetr qaz ixrac edilib

Gürcüstana 1,246 mlrd. kubmetr qaz ixrac edilib
  11 Fevral 2014    Oxunub:1181
2013-cü ildə Gürcüstan bazarına “SOCAR Georgia Gas” MMC vasitəsilə 652,5 milyon kubmetr qaz idxal olunub.
ARDNŞ Gürcüstandakı qaz layihələrini 2013-cü ildə daha da genişləndirib. AzVision.az şirkətin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ-nin Gürcüstandakı törəmə şirkəti olan SOCAR Georgia Holding-in 2013-cü il üçün hesabatına əsasən ötən il “SOCAR Georgia Gas” MMC tərəfindən 1179 kilometr uzunluğunda yeni qaz xətləri çəkilib, 37 500 abonent təbii qazla təmin olunub.

Hazırda ölkə üzrə şirkət tərəfindən çəkilən qaz xətlərinin ümumi uzunluğu 3969 kilometr təşkil edir. 347 mindən artıq abonentə xidmət göstərilir. Eyni zamanda “SOCAR Georgia Gas Distribution” MMC tərəfindən çəkilən yeni qaz xətlərinin uzunluğu 413 kilometr, qazla təmin olunan abonentlərin sayı isə 11 500 təşkil edib.

2013-cü ildə Gürcüstan bazarına “SOCAR Georgia Gas” MMC vasitəsilə 652,5 milyon kubmetr qaz idxal olunub. Gürcüstan hökuməti ilə SOCAR arasında imzalanmış müqaviləyə əsasən ötən il “SOCAR Gas Export-İmport” MMC vasitəsilə idxal olunan təbii qazın həcmi isə 1,246 milyard kubmetr təşkil edib.


Teqlər:





Xəbər lenti