“Qarabağ”ın oyununun yeri dəyişdirildi
Komandalar dekabrın 6-da Bakıda üz-üzə gələcək. Buna “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti səbəb olub.
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu qitə miqyaslı oyunlarını Azərbaycandan kənarda keçirdiyini əsas gətirib və vaxt məhdudiyyəti səbəbindən görüşlərin yerinin dəyişdirilməsini istəyib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
Azvision.az