Azərbaycanlı atıcı Polşada qızıl medal qazandı

Azərbaycanlı atıcı Polşada qızıl medal qazandı
  30 Noyabr 2020    Oxunub:3550
Polşanın Belostok şəhərində güllə atıcılığı üzrə açıq turnirdə Azərbaycan təmsilçisi Ruslan Lunyov qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, yığma komandamızın üzvü 10 metr məsafəyə atəşaçma yarışında 241,7 xalla birinci yeri tutub.

Qeyd edək ki, R.Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.



Azvision.az


Teqlər: Ruslan-Lunyov   Polşa   Medal   Qızıl  





Xəbər lenti