“Neftçi” və “Zirə” üz-üzə gələcək

  28 Noyabr 2020    Oxunub : 1680
“Neftçi” və “Zirə” üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Azvision.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Bakcell Arena"da "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Samir Abbasovun baş məşqçi postuna gəlişindən sonra səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edən "Neftçi" 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəqibindən 1 xal çox toplayan "Zirə" isə ikinci sırada yer alıb.

Azvision.az

Teqlər: Neftçi   Zirə