Millimiz son 14 ayda ən yaxşı nəticəyə imza atdı

  27 Noyabr 2020    Oxunub : 1328
Millimiz son 14 ayda ən yaxşı nəticəyə imza atdı
Futbol üzrə Azərbaycan millisi noyabrın 27-də rəsmən açıqlanan FIFA reytinqində 1180 xalla 109-cu olub. Yığmamız son 14 ay üçün ən yaxşı nəticəsinə imza atıb.
Azvision.az -ın məlumatına görə, komandamız sonuncu dəfə 2019-cu ilin sentyabrında belə yüksək mövqedə qərarlaşıb. Həmin vaxt milli indiki kimi 109-cu olub.

Ötən ayla müqayisədə 5 pilləlik irəliləyiş son 29 ayın ən yaxşı nailiyyətidir. Yığma son belə yüksəlişə 2018-ci ilin iyununda nail olub. O zaman komandamız 21 addım irəliləyib.

Azvision.az

Teqlər: Milli   Komandan   Futbol