Dopinqlə mübarizə haqqında model qanun qəbul edildi

Dopinqlə mübarizə haqqında model qanun qəbul edildi
  27 Noyabr 2020    Oxunub:1816
MDB Parlamentlərarası Assambleyası noyabrın 27-də keçirilən plenar iclasda idmançıların dopinq istifadəsinə qarşı mübarizənin qanuni əsaslarını əks etdirən model qanun qəbul edib.
TASS-ın məlumatına görə, təqdim olunan model qanunun məqsədi Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun olaraq idmanda dopinq istifadəsinə qarşı mübarizə və MDB-yə üzv dövlətlərinin milli antidopinq təşkilatlarının fəaliyyətinə yardımın təmin edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Sənəddə dopinq preparatlarının istifadəsinə qarşı mübarizə metodları, milli antidopinq təşkilatlarının səlahiyyətləri, cinayətlər və idmanda dopinqlə mübarizə sahəsində qanuni məsuliyyət müəyyənləşdirilib.

Assambleyanın qəbul etdiyi model qanunlar MDB ölkələrinə yerli qanunvericilik üçün model kimi təklif olunur.

Azvision.az


Teqlər: Dopinq   Qanun  





Xəbər lenti