Azərbaycan millisi FIFA-nın reytinqdə irəlilədi

Azərbaycan millisi FIFA-nın reytinqdə irəlilədi
  27 Noyabr 2020    Oxunub:2079
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası beş pillə irəliləyib. Millimiz 1180 xalla 109-cu pillədə qərarlaşıb. İrəliləyişə səbəb yığmamızın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının sonuncu matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. Fransa (1755) ikinci, Braziliya (1743) isə üçüncü pillədə yer alıb.

Azvision.az


Teqlər: Azərbaycan   Futbol   Yığma  





Xəbər lenti