Nisə Bəyim vəfat etdi

  26 Noyabr 2020    Oxunub : 4483
Nisə Bəyim vəfat etdi
Şair Nisə Bəyim (Rəhimova) vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Rəhimli bildirib.

Qeyd edək ki, Nisə Bəyim 1955-ci ildə Sabirabadda anadan olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.

"Yerə, Göyə, Tanrıya", "İlahi Vaxt", "Ulduz səsləri", "Ayla, Günlə bərabər" və başqa kitabların müəllifidir.

Azvision.az











Teqlər: NisəBəyim   Şair