“Qarabağ” və “Sivasspor”un start heyətləri açıqlandı

  26 Noyabr 2020    Oxunub : 1215
“Qarabağ” və “Sivasspor”un start heyətləri açıqlandı
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turu çərçivəsində qarşılaşacaq “Qarabağ” və “Sivasspor” komandalarının start heyətləri açıqlanıb.
Azvision.az xəbər verir ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionun start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Kevin Medina, Vild-Donald Gerye, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Uroş Matiç, Ovusu Kvabena, Tural Bayramov, Abdullah Zubir və Mahir Əmrəli yer alıblar.

“Sivasspor”un ilk onbirliyində isə meydana Mamadu Samassa, Marselo Qoyano, Caner Osmanpaşa, Uğur Çiftçi, Robin Yalçın, Klaudemir, Faysal Fayr, Erdoğan Yeşilyurt, Hakan Arslan, Mustafa Yatabare və Kazimir Ninqa çıxacaq.

Qeyd edək ki, Bakı vaxtilə saat 21:55-də başlayacaq qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Azvision.az

Teqlər: Qarabağ