Güləş millimizdə koronavirusa kütləvi yoluxma aşkarlandı
"Yalnız iyun ayından milli komandalar üçün məşq etməyə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir. Güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur. Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb”.
Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə mübarizədə bütün profilaktik tədbirlər gördüyünü və bu məsələdə maksimum həssaslıq nümayiş etdirdiyini açıqlayıb.
Azvision.az
Teqlər: Güləş Milli Koronavirus