Rüstəm Orucov bürünc medal qazandı

Rüstəm Orucov bürünc medal qazandı
  21 Noyabr 2020    Oxunub:2824
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında komandamız daha bir medal qazanıb.
Azvision.az xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan idmançımız Rüstəm Orucov isveçrəli rəqibi Nils Stumpı məğlub edərək bürünc medala layiq görülüb.

Bundan əvvəl millimizin üzvü Orxan Səfərov (66 kiloqram) qızıl medala sahib olub.

Qeyd edək ki, Azərbaycanın 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

Azvision.az


Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti