Bakıda mənzildə qadın və kişi meyiti tapılıb

Bakıda mənzildə qadın və kişi meyiti tapılıb
  06 Fevral 2014    Oxunub:977
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində H.Xudaverdiyevanın və N.Babayevin vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti