Rusiyada axtarılan iki nəfər Azərbaycanda tutuldu

Rusiyada axtarılan iki nəfər Azərbaycanda tutuldu
  05 Fevral 2014    Oxunub:1074
Rusiyada axtarışda olan iki nəfər Azərbaycanda yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Ələkbər Osmanov, 162-ci və 126-cı maddələri (quldurluq və adam oğurluğu) ilə axtarışda olan Kamran Qafarov Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.


Teqlər:  





Xəbər lenti