Rusu öldürən azərbaycanlıya 5 il həbs verildi
Qeyd edək ki, 2013-cü il dekabrın 10-da baş tutan məhkəmə Əliyevi ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə mühakimə edərək 1 il müddətinə məntəqə tipli koloniyada cəza çəkməsi barədə qərar vermişdi. İstintaqın davam etdiyi müddətdə həbs müddətinin yekunlaşdığını nəzərə alan hakim Bəxtiyar Əliyevin elə zaldaca azadlığa buraxılması barədə qərar qəbul etmişdi. Azadlığa çıxan Əliyevin qısa zaman ərzində vətəni-Azərbaycana döndüyü bildirilirdi.
Moskva Vilayət Məhkəməsi ilk proses zamanı cinayət-prossesual qanunvericiliyin bir çox müddəalarının pozulduğunu qeyd edib. Ona görə, qərara yenidən baxan məhkəmə cinayət epizodunu “qəsdən sağlamlığa ağır zərərvurma nəticəsində ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olma” maddəsinə dəyişib.
İstintaqın məlumatına görə, Bəxtiyar Əliyev 2012-ci il iyulun 30-da Sergiyev-Posad rayonundakı ticarət mərkəzlərindən birinin qarşısında motosikletçi Leonid Frolova yumruq zərbəsi endirib.
Zərbədən yerə yıxılan Frolov dünyasını dəyişmişdi. Konfliktin baş verməsinə səbəb olaraq Əliyev və onun dostunun Frolovun motosikletinə icazəsiz əyləşmələri göstərilir.
Vüqar İsmayılov