Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bilinəcək

Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bilinəcək
  24 Sentyabr 2020    Oxunub:4111
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Azvision.az xəbər verir ki, Polşada keçiriləcək “Legiya” – “Drita” (Kosovo) qarşılaşmasında Azərbaycan çempionu “Qarabağ”ın da pley-offdakı rəqibi bəlli olacaq. Bu görüş saat 22:30-da başlayacaq.

Qeyd edək ki, komandamız bu cütün qalibi ilə səfərdə qarşılaşacaq. Oyun oktyabrın 1-də keçiriləcək.

Azvision.az


Teqlər: Qarabağ   Avroliqa  





Xəbər lenti