4 mindən çox abituriyent 450 baldan yuxarı nəticə göstərib

4 mindən çox abituriyent 450 baldan yuxarı nəticə göstərib
  11 Sentyabr 2020    Oxunub:3261
Bu il III qrupda 150-200 bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmaq şansı çox azdır.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmçinin, bu il III qrup üzrə sənəd verən subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır, amma bu ehtimal yenə də var.

“Buna görə subbakalavrlar ixtisas seçimi zamanı ya regional ali məktəbləri, ya da özəl ali məktəbləri seçməlidirlər. Birinci mərhələdə bunu etməsələr, onda onlar 2-ci mərhələdə bu yerlərə üz tuturlar. Bunların sayı kifayət qədərdir”.

M.Abbaszadə qeyd edib ki, bu il 4 mindən çox abituriyent 450 baldan yuxarı nəticə göstərib və onlar düzgün seçim etsələr, hər biri dövlət sifarişli yerlərdə oxuya bilər.

Aytən Zəhra
Azvision.az



Teqlər: İmtahan   DİM  





Xəbər lenti